AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal olunur.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.