Xiyarın qiymətini bəyənmədi - Satıcını bıçaqladı

22 Avqust 2018 19:53 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bazarlığa gələn müştərilərdən biri satılan xiyarın qiyməti ilə razılaşmayaraq 1986-cı il təvəllüdlü satıcı Musayev Samir Vaqif oğlunu insanların gözü önündə ürək nahiyəsindən bıçaqlayıb.

Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Yaralı xəstəxanaya yerləşdirilib. Polis həmin şəxsin axtarışlarına başlayıb.

Bıçaqlanan şəxs 3 uşaq atasıdır, ailəsi ilə birgə kirayədə yaşayır.

Faktla bağlı araşdırma aparılır.