“Neftçi“nin futbolçusu adam vurdu

28 Mart 2013 13:30 (UTC+04:00)
"Neftçi" klubunun futbolçusu Araz Abdullayev yol qəzası törədib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi bu gün günorta saatlarında klubun bazasına yollanarkən idarə etdiyi avtomobillə Nobel prospektində təmizlik işləri aparan 2 süpürgəçini vurub.

Süpürgəçilərdən biri yerindəcə ölüb, digəri ağır vəziyyətdə xəstəxanaya aparılıb.

AzNews.az