AzNews.az-ın məlumatına görə, Robert de Niro, Antonio Banderas ,Kameron Diaz kimi məşhurlar kimi "Şöhrət Yolu"nda amerikalı aktrisa Cennifer Qarner də ulduz sahibi olub.
O, buna görə çox sevincli olduğunu bildirib.
"Bu gün, 24 illik karyeramın ən sevincli anını yaşayıram" - deyə, o qeyd edib.
Qeyd edək ki, Qarner 30-dan çox film və bir neçə serialda rol sahibi olub. O, 2005-ci ildən bəri ulduz aktyor Oscar laureatlı Ben Affleklə evlidir.
