Elbrusa çıxmışdılar - İldırım yollarını kəsdi

22 Avqust 2018 20:41 (UTC+04:00)

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Kabardin-Balkar üzrə Baş İdarəsinin məlumatında deyilir.

"Çərşənbə günü 16.55-də ilkin məlumat daxil oldu ki, Elbrus dağının 4300 və 4200 metr yüksəkliyində iki alpinist ildırım vurması nəticəsində xəsarət alıb", — deyə məlumatda qeyd olunur.

İdarədən bildirildiyinə görə, xəsarət alanlardan biri ağır vəziyyətdədir, digərinin vəziyyəti isə orta-ağırdır.

Hadisə yerinə FHN-in Elbrus yüksəkdağlıq axtarış-xilasetmə dəstəsinin 6 xilasedicisi yollanıb.

AzNews.az