Çindən Trampa 16 milyardlıq əks-zərbə

23 Avqust 2018 13:28 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən bildirir ki, nazirlikdən verilən məlumata görə, ABŞ hökumətinin Çinin 16 milyard dollarlıq mallarına qoyduğu 25% əlavə vergiyə qarşılıq olaraq Çin də ABŞ-ın 16 milyard dollar həcmində məhsullarına 25% əlavə vergi tətbiq edib.

Qeyd edək ki, ABŞ və Çin arasında iqtisadi müharibə bir müddətdir davam edir. Rəsmi Pekin bildirib ki, ABŞ-ın bu addımlarına cavab olaraq Çin də müəyyən tədbirlər görməlidir.

Nurlan AĞA
AzNews.az