Parisdə silahlı insident - Ölənlər var

23 Avqust 2018 14:10 (UTC+04:00)

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, hadisə şəhərin Trappes bölgəsində qeydə alınıb.

Hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.

Polisin aksiyanı həyata keçirənlərdən birini zərərsizləşdirdiyi bildirilir.

"Reuters" agentliyi isə İŞİD-in hücumun məsuliyyətini öz üzərinə götürdüyünü yayıb.

AzNews.az