Çavuşoğlu Rusiyaya gedir

23 Avqust 2018 16:39 (UTC+04:00)

AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, sabah Türkiyə və Rusiya xarici işlər nazirlər bir araya gələcəklər.

M.Çavuşoğlu və Sergey Lavrovun başlıca gündəmində Suriya məsələsinin olacağı bildirilir.

Qeyd edək ki, əvvəlki həftə də Türkiyə müdafiə naziri Hulusi Akar və MİT (Milli İstihbarat Teşkilatı) sədri Hakan Fidan Moskvaya getmişdilər.

Nurlan AĞA,
AzNews.az