AzNews.az xarici mətbuata istinadən bildirir ki, bu barədə iqtisadyönlü alman qəzeti olan “Handelsblatt” məlumat yayıb. Yeni yaradılacaq agentlik Almaniyanın kibertəhlükəsizlik sahəsində yeni texnologiyalara inteqrasiyası və ölkənin öz kibersilahlarının istehsalına zəmin yaratmaq məqsədi güdür.
Alman agentliyi ABŞ-ın Müdafiə Nazirliyinə aid olan İnkişaf Etmiş Müdafiə Tədqiqat Layihələri Agentliyinin (DARPA) modeli əsasında qurulacaq.
Almaniya kibertəhlükəsizlik sahəsində ABŞ-dan qalma hərbi proqramlarla işlədiyi halda, yeni sistemlə hərbi bürokratiyanın qarşısının alınması da hədəflər arasındadır.
Nurlan AĞA,
AzNews.az