Bərdədə zəncirvari qəza - Yaralılar var

23 Avqust 2018 19:34 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki,hadisə rayonun Cəyirli kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ-21011" markalı avtomobillə Mercedes və "VAZ-21-099" markalı avtomobillər bir birinə deyib.

Qəza zamani "VAZ-21011" markalı avtobilin sürücüsü və 2 sərnişini müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.