Pompeo yenə Şimali Koreyaya gedir

24 Avqust 2018 09:00 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə M.Pompeo Dövlət Departamentində KXDR üzrə yeni xüsusi nümayəndə Stiven Bigeni təqdim edərkən jurnalistlərə bildirib.

M.Pompeo hesab edir ki, Dövlət Departamenti KXDR-ya qarşı təzyiq kampaniyasının həyata keçirilməsi və dəstəklənməsi üzrə yaxşı işlər görüb.

Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo aprel, may və iyul aylarında Pxenyana səfər edib.

AzNews.az