Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 7 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.
AzNews.az