Yaponlar elə köynək hazırladılar ki...

24 Avqust 2018 10:15 (UTC+04:00)

AzNews.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbər verir ki, xəbərdaredici sensorla təchiz edilən köynək avqustun 23-də nümayiş olunub.

Köynəyin arxa hissəsində yerləşdirilən sensor sahibinin ürək döyüntülərini, köynəyin altındakı hərarəti və nəmişliyi, həmçinin günəşin istiliyini izləyir.

Sensor əldə edilən məlumatları köynəyin sahibinə ötürməklə ona öz fiziki vəziyyətinə nəzarət etmək imkanı yaradır. Günvurma təhlükəsi yarandığı təqdirdə qurğu köynək sahibinə xəbərdarlıq edir.

AzNews.az