Paşinyan resurslarını qoruya bilmir - Politoloq

24 Avqust 2018 11:22 (UTC+04:00)

İştirakçıların sayında azalma var idi. N.Paşinyanın aprel-may ayında keçirdiyi mitinqlərdə 160 min nəfərin iştirakı ilə bağlı məlumatlar var. Bu mitinqdə ən yaxşı halda 50-60 min Ermənistan vətəndaşının iştirakını demək olar.

Mitinqdə ən azı 2 struktur iştirak etmədi. Bunlardan biri Nikol Paşinyanın “Çıxış” blokundan olan yoldaşları idi.100 günlüyə aid mitinqdən bir gün qabaq “İşıqlı Ermənistan” və “Respublika” partiyasının Yerevan şəhər merliyinə ayrıca namizəd irəli sürəcəyi ilə bağlı qərarı kifayət qədər ciddi tutumlu siyasi mesajdır. 100 günlük mitinq Nikol Paşinyanı siyasətdə irəlilədən,hakimiyyətə gətirib çıxaran “Çıxış” blokunun parçalanması ilə xarakterizə olundu.

“Çıxış” blokunun üzvü olan deputatlar hətta mitinqdə iştirak etmədilər. Mitinqdən sonra N.Paşinyanın səsləndirdiyi fikirlərin müzakirəsində də iştirak etmədilər. Bu “Çıxış” blokunun Nikol Paşinyanın təkcə siyasi fəaliyyətinə deyil, həm də şəxsiyyətinə verdiyi qiymətdir. O baxımdan struktur və yaxud resurs itkisi dedikdə ilk olaraq bu nəzərdə tutulur.

Koalisiya ortaqları olan “Çiçəklənən Ermənistan” və Daşnaksutyun partiyaları da N.Paşinyana dəstək vermədilər.

Erməni diasporundan 100 günlük mitinq ərəfəsində, mitinq zamanı və mitinqdən sonra heç kəs N.Paşinyanın son addımlarına, o cümlədən mitinqinə dəstək vermədi. A.Xoсoyan, S.Tankyan və digər diaspor təmsilçiləri mitinqlərin ilk günündən N.Paşinyana dəstək verirdilər.

Hətta N.Paşinyan S.Tankyanı Yerevanda yaşamağa dəvət etmişdi. HəminTankyan adicə fb səhifəsində də mitinq barədə heç bir şey yerləşdirmədi. N.Paşinyana olan hücumların qarşısında dayanmadı və
yaxud bununla əlaqəli hər hansı fikir bildirmədi. Eyni fikirləriA.Xoсoyan və onun əri Atom Eqoyan barəsində də demək mümkündür. Bu daha təsirli struktur və resurs itkisidir.

100 günlük mitinq ərəfəsində ABŞ dövləti tərəfindən şəxsi İnvestisiyaların Maliyyələşməsi Təşviqi Agentliyinin rəhbərinin müavini milliyyətcə erməni, diaspor təmsilçisi D. Boxiqyan Yerevanda oldu. Məqsədi Ermənistana ABŞ investisiyalarını cəlb etmək idi. Verdiyi müsahibədən bəlli oldu ki, Boxiqyan da gələcəyə hesablanıb. Bəlkə də Boxiqyanı bu addıma təhrikedən səbəblərdən biri N.Paşinyanın onu qəbuletməməsidir.

N.Paşinyanın narsizmi, özünəvurğunluğu diaspor tərəfindən adekvat qiymət alır.

100 gün ərzində Nikol Paşinyanbelə itkilərlə üzləşməsi onun gələcəkdədaha böyük itkilərə məruz qalacağının göstəricisidir. İtkilərin növbəti hədəfi Ermənistan respublikasına mənsub olan 29 min 700 km2 ərazi olacaqdır.

Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq