Bakirəliyini satışa çıxaran Məhbubəyə İngiltərədən böyük maraq - Fotolar

24 Avqust 2018 11:47 (UTC+04:00)

AzNews.az Britaniyanın “The Daily Mail” qəzetinə istinadən xəbər verir ki, Türkiyədə yaşayan və bir sıra tanınmış markalarla işləyən 23 yaşlı model “Cinderella Escorts” adlı saytda Mariya adı ilə qeydiyyatdan keçib və bakirəliyini satdığına dair elan paylaşıb.

M.Məmmədzadə vurğulayıb ki, ABŞ-da ev almaq, anası ilə birlikdə dünya turuna çıxmaq və təhsili üçün sərmayə yatırmağa görə bakirəliyini satışa qoyub. O, həmçinin Azərbaycanda itlər üçün qoruma mərkəzi açmaq istədiyini də bildirib.

Xəbərin doğruluğunu təsdiqləmiş Məhbubə Məmmədzadə bunun necə yayıldığı ilə bağlı məlumatının olmadığını, heç kimə demədiyini, lakin etdiyindən də peşman olmadığını deyib.

Hərracdan gələcək pulun 20%-i sayta vergi olaraq ödənildikdən sonra qazanmış şəxs Məhbubə ilə Almaniyadakı bir oteldə bir gecə keçirəcək.

Nurlan AĞA
AzNews.az