Hulusi Akar və Hakan Fidan yenidən Moskvada

24 Avqust 2018 11:57 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə müdafiə naziri ilə MİT sədri bir həftəlik fasilədən sonra yenidən Moskvaya gediblər. Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, rəsmilər Suriya məsələsini gündəmə gətirəcəklər.

Qeyd edək ki, bu gün həmçinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da rusiyalı həmkarı ilə bir araya gələcək.

Nurlan AĞA
AzNews.az