Tramp bu dəfə ABŞ-ı hədələdi: “Hakimiyyətdən getsəm..."

24 Avqust 2018 12:22 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tramp televiziyadakı açıqlamasında “Başa düşə bilmirəm, vəzifəsini düzgün yerinə yetirən birini necə işdən azad edə bilərsiniz? Sizə əminliklə deyirəm ki, mənim haqqımda proses başlansa, iqtisadiyyat çökər, hər kəs kasıb vəziyyətinə düşər” – deyə, vurğulayıb.

CNN-in iqtisadiyyat yazarı Matt Eqan isə Trampın vəzifədən azad olunmasının ölkə iqtisadiyyatına müəyyən təsir göstərsə də, onu batırmaq qüvvəsinə malik olmayacağını qeyd edib.

Qeyd edək ki, ABŞ-da Trampın prezidentliyi zamanı iqtisadiyyat müəyyən inkişaf əldə edib. Belə ki, “S&P 500” indeksində 34%, “Dow Jones”də isə 40% artım qeydə alınıb.

Nurlan AĞA
AzNews.az