Esra Eroldan izləyicisinə sərt sözlər: “Səbrin də sərhədi var”

24 Avqust 2018 12:29 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Esra Erol izləyicisinin rəyinə cavab olaraq bu sözləri yazıb: “Təbii ki, ailəsini təhqir edərsəniz, o da sizi edər. Hər bir insanın səbrinin sərhədi var, o sərhədi tapdalayıb sonra qarşısındakını tərbiyəsiz adlandırmaq olmaz”.

Qeyd edək ki, Ali Özbir bir neçə gün əvvəl Esra Erolun paylaşdığı şəklin rəylərində bir izləyicini yazdığı rəyə görə təhqir edib.

Nigar CƏFƏR
AzNews.az