“Toppuş bacı” səhnəyə qayıdır: “Evdə oturub depressiyaya qapılmaqdansa...”

24 Avqust 2018 12:45 (UTC+04:00)

Bu barədə AzNews.az-a aktrisanın özü deyib. O, qeyd edib ki, tamaşaçılar onu yeni mövsümdə “Qız atası” serialında görəcəklər:

“Vaxtiylə “Qız atası” serialında çəkilmişəm. İndi mənə yenidən bu serialdan dəvət gəldi. Evdə oturub depressiyaya qapılmaqdansa səhnəni üstün tutdum. Çox ürəklə razılaşdım. İndi tamaşaçılar məni bu serialda izləyəcəklər. Allah ömür versə serialda sona kimi oynayacam. Ömrü verən Allahdır”.

Tünzalə Əliyeva hazırda səhhətində bəzi problemlərin olduğunu vurğulayıb:

“Yaxşı olmağa çalışıram. Deyə bilmərəm ki, hər şey əladır. Ayaqlarımda problem var, yeriməkdə çətinlik çəkirəm. Normal yerimək üçün mənə hardasa 6 ay vaxt lazım olacaq. Mən rejissorun baxışına güvənirəm. Çalışacam ki, özümdə güc tapam, kollektivin işini axsatmayım”.

Bahar RÜSTƏMLİ
AzNews.az