AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, görüşdən əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlama verib. O, bildirib ki, Rusiya və Türkiyə arasında həmişə müzakirə olunacaq mövzular var.
Ticarət, iqtisadiyyat, hərbi, texniki sahələrdə olan iş birliyi gündən-günə inkişaf edir.
Türkiyə XİN rəhbəri Çavuşoğlu yaxın vaxtlarda Ərdoğanla Putinin də görüşəcəyini bildirib.
Qeyd edək ki, Mövlud Çavuşoğlunun bu gün Rusiya prezidenti Vladimir Putinlə də görüşəcəyi vurğulanıb.
Nurlan AĞA
AzNews.az