Putin BMT-nin Baş Assambleyasından imtina etdi - TƏCİLİ

24 Avqust 2018 15:41 (UTC+04:00)

AzNews.az Rusiyanın “TASS” informasiya agentliyinə istinadən bildirir ki, Peskov prezidentin planında belə bir səfərin olmadığını qeyd edib.

V.Putin Rusiya XİN rəhbəri Sergey Lavrovu BMT Baş Assambleyasının sentyabrın 18-də keçiriləcək 73-cü sessiyasına gedəcək qrupun başçısı olaraq təyin etmişdi.

Sessiyanın ilk önəmli hadisəsi sentyabrın 24-də keçiriləcək Nelson Mandela Sülh Sammitidir.

Sentyabrın 25-də isə BMT-yə üzv ölkələrin liderləri, baş nazirləri və xarici işlər nazirlərinin iştirakı ilə ümumi müzakirə aparılacaq.

Nurlan AĞA
AzNews.az