İrana səmavi zərbə - Uçuşlar dayandırıldı

24 Avqust 2018 17:26 (UTC+04:00)

AzNews.az “Hürriyet”ə istinadən xəbər verir ki, şirkətlər kommersiya cəhətdən etibarlı olmaması səbəbi ilə İrana olan uçuşların dayandırılacağını qeyd ediblər.

“British Airways” İrana son uçuşu sentyabrın 22-də, “Joon” isə 18-də gerçəkləşdirəcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın İrana sanksiyalar tətbiq etməsindən sonra bir sıra Qərb şirkətləri İranla əlaqələrini kəsməyə başlayıblar.

Nurlan AĞA
AzNews.az