Printerlə tikilən ev? - 2 sutkaya hazır olur

24 Avqust 2018 18:21 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, Ostin şəhərində keçirilən konfransda 3D-printerin köməyi ilə betondan tikilən evin modeli təqdim edilib.

60 kvadratmetr sahəyə malik evin çap edilməsi prosesinə təxminən 48 saat sərf olunur. Tikinti üçün xərclənən vəsait isə 10 min dollardır.

Lakin istehsalçılar ümid edirlər ki, printerin təkmilləşdirilməsi ilə tikintiyə sərf olunan vaxtı 12-24 saatadək azaltmaq mümkün olacaq.

3d printer istənilən layihəni uyğun olan çertyojlar üzrə evləri hazırlaya bilir.

Bu texnologiya ilə inşa ediləcək evlər ailələrə faizsiz ipoteka ilə 10 il müddətinə aylıq 30 dollar ödəmək şərti ilə veriləcək.

Bu layihədə tikinti şirkəti olan "İcon"a “New Story” qeyri-kommersiya təşkilatı köməklik edəcək.