Sibel Can oğlu ilə birgə qəzaya düşdü - Fotolar + Video

24 Avqust 2018 20:51 (UTC+04:00)

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, hadisə İstanbulun Beşiktaş səmtində baş verib.

5 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada 3 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Əzilən avtomobillər isə cərimə meydançasına aparılıb.

Qəza zamanı Sibel Canın idarə etdiyi avtomobildə oğlu Əmir Ağsüt də olub. Onlar təhlükəsizlik kəmərindən istifadə etdikləri üçün xəsarət almayıblar.

Müğənni bildirib ki, hadisə işıqforun qırmızı işığında gözləyən zaman baş verib. Arxadan gələn mikroavtobusun bir avtomobilə çırpılması nəticəsində zəncirvari qəza olub.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az