Qatar relsdən çıxdı - 350 sərnişin...

25 Avqust 2018 09:09 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fransanın milli dəmiryolu şirkəti (SNCF) məlumat yayıb.

"Vağzalın girəcəyində aşağı sürətlə hərəkət edən yüksəksürətli qatarın relsdən çıxması səbəbindən Marsel vağzalında hərəkət pozulub", - deyə SNCF "Twitter" sosial şəbəkəsində səhifəsində məlumat yayıb.

Hadisə zamanı qatarda 350 sərnişin olub. "Müştəri və əməkdaşlardan heç kim xəsarət almayıb", - deyə şirkət qeyd edib.