Türkiyədə meşə yanğını başlayıb

25 Avqust 2018 10:30 (UTC+04:00)

Trend-in məlumatına görə, yanğın 20 hektar ərazini əhatə edib.

Yanğının qarşısının alınmasına yanğınsöndürmə briqadaları və iki vertolyot cəlb olunub.

Qeyd edək ki, bundan əvvəl İstanbul ətrafında meşə zolağında yanğın olmuşdu.

Türkiyə ərazisinin 27,6 faizini meşə sahəsi təşkil edir.