Xidmətdən verilən məlumata görə, siyahıya İndoneziya vətəndaşı, Əbu Valid əl İndunisi adı ilə də tanınan Məhəmməd Yusup Kərim, Malayziya vətəndaşı, Mohd Rəbi bin Udin adı ilə tanınan Rafi bin Udin və Filippin vətəndaşı Abdul Rəhman adı ilə tanınan Məhəmməd Rza Lahaman Kiramın adı daxil edilib.
Hər üç şəxs İŞİD terror təşkilatına üzv olması ilə əlaqədar beynəlxalq axtarışdadır.
Qeyd edək ki, ümumi siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin ölkədaxili və beynəlxalq siyahısından ibarətdir.
"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna uyğun olaraq, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər siyahıda göstərilmiş fiziki və ya hüquqi şəxslərin pul vəsaitlərini və ya digər əmlakını aşkar etdikdə, qanunla müəyyən edilmiş qaydada belə pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatı icra etməməli və bu barədə məlumatı Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməlidirlər.
AzNews.az