AzNews.az xarici mətbuata istinadən bildirir ki, Tramp bu qərarın səbəbi olaraq son vaxtlar Çinlə yaşadıqları iqtisadi müharibəni göstərib.
Bu haqda Twitter mikrobloqunda paylaşım etmiş ABŞ prezidenti Koreya yarımadasının nüvə silahından azad olunmasına rəğbət bəslədiyi halda, bu sahədə istənilən nəticəni əldə edə bilmədiklərini qeyd edib.
Bununla da Trampla Kim Çen In arasındakı münasibətlər fərqli yön almağa başlayıb. Lakin ABŞ prezidenti Şimali Koreya liderinə nüvə təhlükəsinin sona çatması ilə bağlı söz vermişdi.
Qeyd edək ki, Donald Tramp Çinlə olan problemin həll olunmasından sonra Pompeonun yenidən Şimali Koreyaya gedə biləcəyini deyərək ümid yeri də qoyub.
Nurlan AĞA
AzNews.az