Rusiyadan ABŞ, Britaniya və Fransaya ciddi ittiham

25 Avqust 2018 13:59 (UTC+04:00)

AzNews.az “Sputniknews”a istinadən xəbər verir ki, bu haqda Rusiya MN-in sözçüsü İqor Konaşenkov məlumat verib. O, gözlənilən əməliyyatın yaxın vaxtlarda İdlibdə keçirilməsi ehtimalını qeyd edərək, terrorçuların da kimyəvi silahdan istifadə edib təqsiri hökumətin boyununa yıxacağını vurğulayıb.

İ.Konaşenkov ABŞ, Britaniya və Fransa rəsmilərinin Suriyada kimyəvi silah istifadə olunarsa, cavab verəcəkləri yönündəki əsassız açıqlamalarını da bu oyunun bir parçası olaraq qiymətləndirib.

Nurlan AĞA
AzNews.az