Putinin rəqibini evinin qarşısından apardılar - Navalnıy yenə saxlanıldı

25 Avqust 2018 19:00 (UTC+04:00)

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış özünün Tvitter mikrobloqunda bildirib.

“Navalnıyı 2 saat öncə evinin qarşısında saxladılar”, - deyə o, yazıb.

K. Yarmış hüquq-mühafizə orqanlarının Navalnıyı nə üçün saxladıqlarına dair məlumat vermədiklərini söyləyib.

Xatırladaq ki, Aleksey Navalnıy sonuncu dəfə mayın 5-də Puşkin meydanında prezident Vladimir Putinin əleyhinə təşkil olunmuş aksiyada həbs edilmişdi. Bir gün sonra o, sərbəst buraxılsa da, mayın 11-də yenidən məhkəməyə aparılaraq haqqında 30 sutka həbs qərarı verilmişdi.

AzNews.az