AzNews.az xəbər verir ki, haqqında vəzifədən çıxarılma ilə bağlı ilə mübahisələr başlayan və prezidentliyinin ən çətin həftəsini keçirən ABŞ lideri Donald Tramp ədliyyə nazirini topa tutub.
Tvitlərində daha öncə də bir neçə dəfə Ceff Sessionsu hədəf alan Tramp onu əmrindəki nazirlikdə nə baş verdiyini anlamamaqda ittiham edib.
İllərdir Trampın vəkilliyini edən Maykl Kohenin etirafçı olması ilə yeni bir dönəmə girən istintaqdan bəhs edən Amerika mətbuatı isə Trampla Sessions arasındakı savaşı yuxarı başa çıxarıb.
Verilən məlumatlara görə, Sessions da bu ittihamlara kəskin və qəti şəkildə münasibət bildirib və prezidentə nazirliyin işinə müdaxilə etməməsi ilə bağlı xəbərdarlıq edib.
Tramp isə Tvitində "Ceff, qarşı tərəfə də bax, haydı, bunu edə bilərsən, bütün ölkə səni gözləyir" deyə ismarıc yazıb.
Malik LİFTİYEV
AzNews.az