Yola çıxan azyaşlını maşın vurdu

25 Avqust 2018 23:15 (UTC+04:00)

"Report"un Muğan bürosu xəbər verir ki, rayonun 2015-ci il təvəllüdlü Qarağac kənd sakini Cəfərov Rza Zaur oğlunu şəhərin Silsilə adlanan ərazisində "Jiquli" markalı avtomobil vurub.

Üç yaşlı uşaq dərhal xəstəxanaya çatdırılıb. Ona lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

İlkin məlumata görə, azyaşlının qəfil yola çıxması qəzaya səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az