Ukraynadan Rusiyanı qəzəbləndirən addım

25 Avqust 2018 23:37 (UTC+04:00)

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun iştirak etdiyi rəsmi mərasimdə ABŞ və İngiltərə bayraqlarının olması ölkədə böyük maraqla qarşılanıb.

Krım böhranından sonra Rusiya ilə münasibətləri pozulan Ukranya ilə bağlı Kreml hələlik heç bir açıqlama verməyib. Kremlin bu məsələyə münasibət bildirməməsi isə iki ölkə arasında yaşanacaq yeni gərginliyə işarət kimi qiymətləndirilib.

AzNews.az