Salyanda avtomobil yaşlı qadını vurdu

26 Avqust 2018 12:10 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, Həsənli kənd sakini, 1967-ci il təvəllüdlü Əzizov Əli Əzim oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Qardili kənd sakini, 1954-cü il təvəllüdlü Zeynalova Məleykə İgidalı qızını vurub. Nəticədə M.Zeynalova xəsarət alıb. O, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.