ABŞ səfirliyini atəşə tutan daha 2 nəfər tutuldu

26 Avqust 2018 13:09 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bununla da, həmin hadisə ilə bağlı saxlanılanların sayı 4 nəfərə çatıb. Bildirilir ki, şübhəlilər polis tərəfindən sorğu-sual edilir.

Hadisə bazar ertəsi günü, yerli vaxtla səhər saat 5:30-da baş verib. Atatürk bulvarına ağ rəngli avtomobillə gələn naməlum şəxslər ABŞ səfirliyinə 6 dəfə atəş açıblar. Hadisə zamanı heç kim xəsarət almayıb.