"Barselona" La Liqa rəhbərliyinə şikayət - Səbəb isə... (Foto)

26 Avqust 2018 19:08 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, Kataloniya təmsilçisi bununla bağlı La Liqa rəhbərliyinə şikayət edəcək. Komandanın müdafiəçisi Jerar Pike də matçdan sonra qazonun biabırçı vəziyyətdə olduğunu söyləyib.

Image result for pique valladolid

Qeyd edək ki, dünənki oyunun gedişində ot örtüyünün bəzi hissələri qopub. Bu isə ötürmələr zamanı tez-tez topun trayektoriyasının dəyişməsinə səbəb olub.

Bütün bunlara baxmayaraq “Barselona" "Valyadolid"i 0:1 hesabı ilə məğlub edə bilib.