Qubada bəy və gəlini aparan maşın aşdı - Fotolar

26 Avqust 2018 20:28 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki,Rayonun Zıxır kəndində toy günü içərisində bəy və gəlinin olduğu maşın dağlıq ərazidən keçən meşə yolunda aşıb.

Hadisə zamanı bəy və gəlin yüngül xəsarət alıb.

Aşmış maşını qaldırmaq üçün əraziyə traktor çağrılıb. Yol bir müddət bağlı qalıb.

Faktla bağlı araşdırma aparılır.