Azərbaycan derbisində sülh bağlandı

26 Avqust 2018 22:21 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ölkənin ən prinsipial qarşılaşması hesab olunan bu oyunda qalib müəyyənləşməyib.

Matç 1-1 hesablı heç-heçə ilə başa çatıb.

Oyunda ilk qolu "Flaqmanımız" vurub. "Neftçi"nin heyətində 28-ci dəqiqədə Kvame Karikari fərqlənib.

"Ağdamlılar" isə bu qola yalnız 71-ci dəqiqədə cavab verə bilib. Status-kvonu bərpa eləyən qolun müəlifi isə İnnosent Emeqara olub.