Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə ölkəmizi qrup proqramında təmsil edən Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Doman və Zeynəb Hümmətova 2 ip və 3 topla icra etdikləri kompozisiyaya görə 20 ölkə arasından finala çıxmağı bacarıblar. Qızlarımız final çıxışında isə 7-ci yerdə (19.750 xal) qərarlaşıblar.
Qeyd edək ki, il ərzində təşkil olunmuş “Challenge” seriyasına aid bütün Dünya kuboklarının yekun xallarına əsasən, Azərbaycanın qrup hərəkətləri komandası məhz onlara dəfələrlə medal qazandırmış 2 ip və 3 topla nümayişlərinə görə bütün rəqiblərini geridə qoyaraq qalib olublar.
AzNews.az