Molyusklara görə çimərlik qadağası

27 Avqust 2018 10:13 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, son həftələrdə Mumbay çimərliklərində fizaliya molyusklarının xeyli artdığı deyilir.

Özü hərəkət edə bilməyən bu molyusklar musson mövsümündə axınla sahilə gəlir.

Fizaliya sancması insan üçün ölümcül təhlükə olmasa da, onlardan alınan yanıq zədələri bir neçə saat bərk ağrılara səbəb olur.

Bölgə rəhbərliyi sakinləri bir müddət çimərliklərdən uzaq durmağa çağırıb.

AzNews.az