Dəfn şirkəti İngiltərə klubuna sponsorluq edəcək

27 Avqust 2018 10:29 (UTC+04:00)

"Report"un klubun "Twitter" səhifəsinə istinadən verdiyi məlumata görə, ritual şirkəti komandaya sponsorluq edəcək. Firmanın sahibi və meneceri Qrem Sevill "Brentford"un azarkeşidir. Kontoru 1875-ci ildə onun ulu babası təsis edib. Qrem və onun həyat yoldaşı Syu klubun idarə heyətinə keçiblər və dəfn direktorları olublar.

Qeyd edək ki, hazırda İspaniyanın "Real Madrid" və İngiltərənin V Liqasında çıxış edən "Barnet" klubları da tematik dəfn xidmətləri göstərir. Almaniya "Şalke"sinin "Feltins Arena"nın yaxınlığında qəbiristanlığı var. Orada komandanın azarkeşləri dəfn olunub.

AzNews.az