Putinin yeni surprizi

28 Mart 2013 16:37 (UTC+04:00)


BBC-nin yaydığı məlumata görə Rusiya Prezidenti Vladimir Putin Rusiya silahlı qüvvələrinin döyüş hazırlıqlarını yoxlamaq üçün bu gün Qara Dənizdə hərbi məşqlərə başlamaq haqda əmr verib.

Presidentin təmsilçisinin dediyiniə görə hərbi məşqlərdə 36 hərbi gəmi və təxminən 7.000 yaxın əskər iştirak edəcək.

O həmçinin Rusiyanın 7.000 mindən az əskər cəlb edilən hərbi məşq haqqında xəbərdarlıq etmək haqda heç bir öhdəlik daşımadığını əlavə edib.

Xatırladaq ki, Rusiya 2008-ci ilin Avqust ayında baş verən müharibədən sonra öz hərbi potensialının yenidən qurulmasına xüsusi diqqət yetirir.

Şamxal Əbilov
AzNews.az