Həyat hekayəsi 3 milyon dollar

28 Mart 2013 16:50 (UTC+04:00)
Talibanlılar tərəfindən vurulan və barış hərakatının simvoluna çevrilən pakistanlı Malala başından keçənləri bir kitabda izah edəcək. `Mənim adım Malala" adlı kitabın yayım haqları 3 milyon dollara satılıb.

Pakistanda məktəbdən evə döndüyü vaxt Taliban xadimləri tərəfindən başından yaralanan və sonrasında verdiyi həyat mübarizəsini qazanan 15 yaşlı Malala Yusufzayın həyat hekayəsi bir kitabda dərc olunacaq. Özünün qələmə aldığı bu kitabda Malala, ölkəsində qız uşaqlarının oxuması üçün təşkilat edilən kampaniyanı, bu kampaniyadan yararlanan zaman talibanlıların gülləsinə tuş gəldiyini və vuruluşunu izah edir. İngiltərinin "The Guardian" qəzetinin xəbərinə görə, "Mənim adım Malala" adlı kitab İngiltərədə `Weidenfeld and Nikolson", dünyada isə "Little, Brown and Company" nəşr evləri tərəfindən payızda nümayiş olunacaq. Kitabın nəşriyyatlara 3 milyon dollar kimi yüksək bir qiymətə satıldığı bildirilir. Malala mətbuata verdiyi açıqlamada bildirib ki, bu yalnız onun hekayesi deyil, həmçinin təhsil ala bilməyən 61 milyon uşağın hekayəsidir. Qeyd edək ki, Malala Nobel Sülh Mükafatına namizəd göstərilmiş, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Ban Ki-moon isə onun vurulduğu gününün sabahını, yəni noyabrın 10-nu "Malala günü" elan edib.



Xəyalə Məmmədova
AzNews.az