AZƏRTAC İspaniyanın “Football Espana” nəşrinə istinadla xəbər verir ki, “Real Madrid”ın rəhbərliyi 26 yaşlı braziliyalı ilə müqavilənin şərtlərini razılaşdırıb. Futbolçunun Madrid klubuna keçidi 2019-cu ilin yayında nəzərdə tutulur. Transfer miqdarı futbol tarixində rekord məbləğə - 300 milyon avroya reallaşacaq.
Madrid klubunun prezidenti Florentino Peres hesab edir ki, Kriştianu Ronaldonun “Yuventus” klubuna keçidindən sonra portuqalıyalını komandada əvəzləməyi bacaran bir hücumçu lazımdır.
Neymar 2017-ci ildə İspaniyanın “Barselona” klubundan “PSG”-yə futbol tarixində rekord məbləğə (222 milyon avro) keçmişdi.
Keçən mövsüm braziliyalı 30 oyunda 28 qol vurub və 16 məhsuldar ötürmə edib.
AzNews.az