Rusiya və Türkiyədən ortaq döyüş təyyarəsi mesajı

27 Avqust 2018 15:49 (UTC+04:00)

AzNews.az “Sabah”a istinadən xəbər verir ki, Kladov Rusiya və Türkiyə arasında V nəsil döyüş təyyarəsi istehsalı üçün uzunmüddətli müzakirələrə ehtiyac olduğunu bildirib. O, “bu cür bir layihənin həyata keçirilməsi üçün yalnızca tərəflərin maraqları yetərli deyil, həmçinin ortaq şəkildə işləmək üçün də hazır olmaq lazımdır” – deyə, vurğulayıb.

Ortaq döyüş təyyarəsi istehsalının ciddi bir iş olduğunu qeyd etmiş direktor belə bir qərarın verilməsi halında layihənin nəticə verməsi üçün Rusiya və Türkiyənin kifayət qədər texnologiya və sənaye infrastrukturuna malik olduğuna inandığını deyib.

Nurlan AĞA
AzNews.az