Bu ölkə stasionar telefonlara "Yox" deyir

27 Avqust 2018 18:32 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Parisdə ilk telefon şəbəkəsinin yaradılmasından 139 il sonra Fransa kabel telefoniyası üçün stasionar rabitə xətlərinin istifadəsindən tədricən imtina olunur.

Fransalı istifadəçilər tezliklə öz abunə xətlərini internet-telefoniya ilə əvəz etməli olacaqlar. İndiki stasionar telefonlardan internet-telefoniyasına keçid bir neçə il ərzində həyata keçiriləcək.

Bu ölkədə İnternet-telefoniyaya keçid prosesi 2023-cü ilədək tamamilə başa çatdırılacaq.