Azərbaycan derbisində rekord

27 Avqust 2018 19:32 (UTC+04:00)

AzNews.az PFL-ə istinadən xəbər verir ki, “Azersun Arena”da keçirilmiş matçı 3 min tamaşaçı izləyib. İlk iki turda rekord “Səbail” – “Qarabağ” görüşünə (0:2) məxsus olub. “Bayıl Arena”dakı matç Azərbaycan derbisindən təxminən üç dəfə az – 1050 tamaşaçı toplayıb.

İndiyədək keçirilmiş üç turun 11 oyununu ümumilikdə 8700 tamaşaçı izləyib. Bunun da yarıdan çoxu – 4450-si hesabat turunda qeydə alınıb.