Qəbiristanlıqlar necə qorunur? - Video

28 Avqust 2018 00:00 (UTC+04:00)

AzNews.az bu barədə Xəzərxəbər-ə istinadən xəbər verir.

Ətrafı yandırılan qəbrlər və sındırılmış məzar daşları.

Heçbir nəzarətin və mühafizənin olmadığı vəziyyətipaytaxtın əksər qəbiristanlığında görmək mümkündür.

Qəbiristanlıqlarda mühafizə sistemi olmadığından əksər vaxt ölü yaxınları qəbir daşlarının dağıdıldığını və ya ətrafın tamamilə yandırıldığının şahidi olurlar.

Vətəndaşlar da qəbiristanlıqlarda mühafizə sisteminin vacib olduğunu bildirir.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov XəzərXəbər-ə bildirdi ki, qəbiristanlıqlarda aidiyyatı üzrə nəzarətçilərolur. Lakin Qəbiristanlıqların xüsusi olaraq mühafizə olunması nəzərdə tutulmayıb. Hər hansı bir vətəndaşın yaxının məzarına qarşı xoşagəlməz bir hal olduqda onlar aidiyyatı üzrə polisə müraciət edirlər.