22 yaşlı qızı vuran sürücü qaçdı

28 Avqust 2018 09:23 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

R.Bağırov küçəsi, 15 saylı binanın qarşısında Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əliyeva Röya İbrahim qızı hələ ki markası müəyyənləşdirilməyən avtomobillə vurulub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin 37-ci Polis bölməsində araşdırma aparılır.

AzNews.az