Eldar Həsənov səfir vəzifəsindən geri çağırıldı

28 Mart 2013 18:19 (UTC+04:00)

Prezident İlham Əliyev Eldar Həsənovun Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Eldar Hümbət oğlu Həsənov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
Bundan əlavə qeyd olunur ki, Eldar Hümbət oğlu Həsənov iqamətgahı Belqrad şəhərində olmaqla Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifələrində saxlanılsın.

AzNews.az